Evlənmək istəyən kişidən məzəli bir hekayə

Evlənmək qərarı alan bir kişi seçdiyi üç qadın arasında seçim edə bilmir. Bunun üçün çox düşünür. Sonda qərar verir ki, hər üç sevgilisinə 5000 USD pul versin və həmin pulları qadınların necə idarə edəcəyinə baxsın.

Birinci qadın həmin pullara bahalı paltarlar və kosmetik məhsullar alır. Daha sonra gözəllik mərkəzinə gedir. Bütün pulları özünün daha da gözəl olmasına xərcləyir. Sonda gələcək həyat yoldaşına yaxınlaşaraq deyir : “Mən səni çox sevirəm və istəyirəm ki, bizi görən hər kəs sənin necə gözəl həyat yoldaşın olduğunu desin. “

İkinci qadın isə bütün pulları gələcək həyat yoldaşı olacaq kişiyə xərcləyir. Ona ən bahalı kostyumlar, köynəklər və s. alır. Sonda gələcək həyat yoldaşına yaxınlaşaraq deyir : “Sən mənim üçün hər kəsdən daha önəmlisən.  Ona görə də bütün pulları sənə xərclədim.”

Üçüncü qadın isə bütün pulları dövriyyəyə buraxır, əlavə olaraq daha 5000 USD qazanır və pulların hamısını gələcək həyat yoldaşına verir. Sonda gələcək həyat yoldaşına yaxınlaşaraq deyir : “ Mən səni çox sevirəm. Mən bunu etdim ki, sən mənim nə qədər ağıllı olduğumu görəsən.”

Kişi bütün bunlardan sonra bir az düşünür və sonda üç qadın arasında sinəsi daha böyük olanı seçir.

Şərhini yaz