Supermodel Byanka Balti və Devid Qandi Dolce & Gabbana Light Blue parfümünün qış buraxılışı üçün yenidən birləşiblər. Layihənin müəllifi olan Mario Testino olub cütlüyü qarlı dağların fonunda çəkib. Dolce & Gabbana Light Blue yeni ətiri "İtaliyanın ruhunu oyadan parfüm" kimi təsvir edilib. Yeni versiya sitron, qızılgül, bambuk ətiri yayır və sonra sidr ağacının notları səslənir. Relizdə də bunun klassik və çox zərif ətir olduğu göstərilir. İlkin sifarişi Nordstrom.com saytından etmək olar.