Volvo XC90 modeli Volvonun mühərrik qammasında ən müasir olan Drive-E ailəsindən mühərriklərlə təchiz olunub. Seçim üçün turbosıxıcılı və kompressorlu 190-dan 320 at gücünə qədər benzin və dizel motorları təklif edilir. Avtomobil 8 pilləli avtomatik və bütöv ötürücülü sürət qutusu ilə təchiz olunub, yanacaq sərfiyyatı 100 km-ə 5,7 litrdir. Ancaq təcrübə göstərir ki, həyatda bu 4-8 litr daha çox olur.