Öz planlarını reallaşdırmaq üçün 10 məsləhət

Bəzən biz öz planlarımızı reallaşdırmaq üçün çətinlik çəkirik. Həmin planları reallaşdırmaq üçün sizə 10 məsləhətimiz var.

  1. Azdan başlayın. İlkin olaraq real olan, asan məqəsdləri qarşınıza qoyun. Onları etdikdən sonra çətinlərinin ardınca getməyə başlayın. Məsəl üçün idman zalına həftədə iki dəfə getmək, bütün həftə ərzində getməkdən daha realdır.
  2. Çətin məqsədləri müəyyən hissələrə bölün. Bu nəticələri daha tez görməyinizə köməklik göstərəcək. Eyni zamanda məqsədə doğru getməyinizə stimul verəcək.
  3. Özünüzü mükafatlandırmağı öyrənin. Məsəl üçün fransız dilində 100 söz öyrəndiyiniz halda özünüzə bir qalstuk alın. Eyni zamanda hər məqsədinizə çatdığınızda sözlərlə özünüzü tərifləməyi bacarın.
  4. Digərlərinin qarşısında daha məsuliyyətli olun. Edəcəyiniz iş barəsində ona söz verin və həmin tarixə qədər o işi görməyi mütləq bacarın.
  5. Pis vərdişləriniz varsa onlardan zamanla xilas olmağa çalışın. Müəyyən mərhələlərlə. Çünki bunu bir dəfəyə etmək çətin olacaq və siz həmin vərdişləri yenə təkrarlamış olacaqsınız.
  6. Vaxtınızı məhdudlaşdırın. Qarşınıza qoyduğunuz vaxtı azaltdıqca, siz o işi tam məsuliyyətlə edəcəksiniz. Beləcə boş vaxtınızın qalmamağını nəzərə alaraq daha da məsuliyyətli olacaqsınız.
  7. Özünüzə məqsəd qoymamışdan əvvəl özünüzə sual verin. Bu doğurdanda mənim məqsədimdir yoxsa digərlərinin arzusunu yerinə yetirirəm? Heç bir zaman məqsədinizi başqalarının arzusu ilə səhv salmayın.
  8. Verdyiniz vədlər varsa onu vaxtında edin. Daha uyğun zamanı gözləməyin. Çünki həmin uyğun zaman gəlməyə də bilər.
  9. Düşündüyünüz məqsədiniz çətindirsə onu bir başqası ilə paylaşıb, birlikdə etməyə çalışın. Amma seçdiyiniz insanda yanılmayın. O da sizin kimi məsuliyyətli biri olmalıdır.

Nail olduğunuz məqsədləri sonradan izləyin. Qalibiyyətləriniz və məğlubiyyətlərinizi analiz edin. Uğura gedən yolları qalibiyyətlərinizin arasından seçin. O yolda addımlayın.

Unutmayın – mümkünsüz heç bir şey yoxdur.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.