Qırmızı corabları ofis işinə geyinmək olar?

Bu yaxınlarda mən işə düzəlmişəm. Və düşündüm ki, öz professionallığımla olduğu kimi, stilimlə də iş yoldaşlarımı təəccübləndirim. Bunun üçün iş yerimə tünd göy rəngdə olan kostyumumla qırmızı corablarımı geyindim. Nəticədə bütün iş yoldaşlarım mənim ayaqlarıma baxırdı. Sizcə mən sərhədi keçmişdim, yoxsa iş yoldaşlarım buna hazır deyildi?

Bu sualımızın cavabını məşhur stilist Danilla Antonovski cavablandıracaq:

“Əslində ilk olaraq ondan başlayaq ki, bu işdə corabın rəngi böyük rol oynayır. Əgər dediyiniz kimi, tünd göy rəng kostyumla qırmızı corab geyinmisinizsə, bu işdə heç bir qəbahət yoxdur. Onlar bir-birilə çox gözəl uzlaşırlar. Məsəl üçün siz bunu London, Milan və ya Nyu-Yorkda etsəydiniz heç kimin baxışlarını öz üzərinizdə hiss etməyəcəkdiniz. Düşünürəm ki, bu sizin mentalitetlə bağlıdır.

Eyni zamanda onu da qeyd edək ki, əgər siz klassik kostyumla rəngli corab geyinəcəksinizsə bu zaman həmin şalvarın uzunluğu sizin standart şalvarın uzunluğundan bir az qısa olmalıdır.

Kostyum rənglərini corab rəngləri ilə düzgün uyğunlaşdıra biləcəksinizsə bunu utanmadan edin. Zamanla onlar da dəblə ayaqlaşacaqlar.

Şərhini yaz