Ben Affleklə “Gecə həyatı"

Warner Bros. şirkəti Ben Afflekin "Gecə həyatı" filminin sonuncu treylerini təqdim edib.

Yazıçı Dennis Liheynin romanına əsaslanan kriminal dram Boston polis kapitanının oğlu haqqındadır. O, Floridada ən nüfuzlu qanqsterlərdən biri olmağa can atır. Afflekin oynadığı baş qəhrəman - keçmiş polis Co isə yeraltı alkoqol satışı ilə məşğul olmağa başlayır.

Affleklə birlikdə filmdə Skott İstvud, El Fanninq, Zoi Saldana, Siyenna Miller, Kris Sallivan, Brendan Qlison, Titus Uelliver, Kris Kuper, Maks Kazella və başqaları çəkiliblər. Bu artıq Afflekin rejissor olaraq dördüncü tammetrajlı filmidir. Buna qədər o, "Oğrular şəhəri", "Arqo əməliyyatı" kimi filmləri çəkib.

"Gecə həyatı" filmi 2017-ci ilin əvvəlində prokata çıxacaq.

Şərhini yaz