Cared Letonun malikanəsi 2 milyon dollara satılır

Tanınmış aktyor və musiqiçi Cared Letonun Hollivudddakı malikanəsi 2 milyon dollara satışa çıxarılıb.

Malikanə Leto tərəfindən 2006-cı ildə 1,65 milyon dollara əldə edilib. Satışa çıxarılan evin 4 yataq və 3 vanna otağı, eləcə də kaminlə qonaq otağı, yemək otağı, mətbəx və kiçik səsyazma studiyası var. Bundan əlavə, malikanə ərazisində açıq hovuz və iki maşınlıq qaraj var. Böyük ehtimalla evi satmaq qərarı bu yaxınlarda - 2014-cü ildə Letonun yeni daşınmaz əmlak əldə etməsi ilə bağlıdır. Aktyor 5 milyon dollara Los-Ancelesdə Laurel Canyon rayonunda 4600 kvadrat metr ərazidə yerləşən malikanə əldə edib.

Şərhini yaz