Ceki Çan “Oskar” mükafatına layiq görüldü

Məşhur aktyor Ceki Çan kinematoqrafiya sahəsində töhfələrinə görə “Oskar” mükafatına layiq görülüb.

62 yaşlı aktyora fəxri heykəlcik Amerika kino akademiyasının "Governors Awards" mükafatlandırma mərasimində təqdim olunub. Ceki Çan "Oskar" qazanan ilk çinli aktyordur. O, karyerası ərzində 100-dən çox filmdə çəkilib. Aktyor bütün fəndləri kaskadyorlara müraciət etmədən özü yerinə yetirir. Hazırda Ceki Çan demək olar, Hollivudda çəkilmir və onu ancaq Çin filmlərində görmək olar.

Ceki Çandan başqa, kinematoqrafa töhfəsinə görə "Governors Awards" mərasimində rejissor Frederik Vaysman və kastinq-direktoru Linn Stalmaster mükafatlandırılıblar.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.