Günəş enerjisi ilə çalışan gəmi dünya səyahətinə çıxacaq

Dünyada ilk ekoloji gəmi olan Energy Observer bir neçə ay sonra dünya səyahətinə yola düşəcək.

Energy Observer günəş batareyaları, külək mühərrikləri və sudan əldə edilən hidrogenlə çalışan ilk gəmi olacaq. Gəminin hazırlanması üzərində 30 memar və mühəndis çalışıb. Onun uzunluğu 30 m-dir, su basımı isə 25 ton təşkil edir. Günəşli havada gəminin çalışmasını 130 kvadrat metr günəş batareyaarı və iki külək mühərriki təmin edəcək, tutqun havada isə yanacaq ehtiyatı əvvəlcədən hazırlanacaq hidrogen mühərriki ilə çalışacaq. Layihənin müəllifi Viktorin Eruzard dünya səyahətini peşəkar akvalanqçı Jak Delafossla etməyi planlaşdırır.

Səyahət 6 il davam edəcək, start isə 2017-ci ilin fevralına planlaşdırılıb. Gəmi Aralıq dənizindən Atlantik okeanına, daha sonra isə Sakit və Hind okeanlarına çıxacaq.

Şərhini yaz