“Həddən artıq uyğunluq” filminin ilk treyleri

Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan "Həddən artıq uyğunluq" bədii filminin ilk treyleri təqdim olunub.

Bədii filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur. Çəkilişlər Azərbaycanda və ABŞ-da aparılıb.

Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb. Filmdə xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova, Tural Əsədov və başqaları çəkilib. Romantik komediya janrında olan "Həddən artıq uyğunluq" dekabrın 15-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.