Lanvin x Mr Porter: kişilər üçün eleqant geyim kolleksiyası

Lanvin moda evi Mr Porter onlayn geyim mağazası üçün kapsul kolleksiya buraxıb. Kolleksiya dizayner Lukas Ossendreyverin Lanvin Homme istiqamətinin dizayneri vəzifəsində 10 illiyi şərəfinə hazırlanıb.

10 il öncə Lukas Ossendreyver Lanvin-a qoşuldu və bizim indi öyrəşdiyimiz kişi kolleksiyalarının eleqant stilini yaratdı. Yubiley münasibətilə Mr Porter internet-mağazası və Lanvin brendin təcəssümü olan kişi kolleksiyası buraxılıb. Kolleksiyada bomberlər, köynəklər, şalvarlar və ayaqqabılar da daxil olmaqla, 11 əşya təqdim edilir.

Əşyaların qiyməti 665-2850 dollar arasında dəyişir. Onları MrPorter.com saytından əldə etmək olar.

img_6873 img_6874 img_6875 img_6876 img_6877

Şərhini yaz