Porsche Panamera yeniləndi

Porsche Los-Anceles avtoşousunda Panamera idman fastbekinin iki yeni modifikasiyasını nümayiş edib.

İlk model mükəmməlləşdirilmiş bazaya, 330 at güclü 3.0 litrlik V6 turbo mühərrikinə sahibdir. Mühərrik iki ilişməli 8 pilləli robotlaşdırılmış sürət ötürücüsü ilə çalışır. Bundan əlavə, klassik model Panamera ailəsində arxa ötürücülü yeganə modeldir.

Executive adlı ikinci model daha dəbdəbəlidir. Onun kuzovu 150 mm uzadılıb, bu isə salonu genişlətməyə imkan verib. Avtomobil panorama dam, isitməli oturacaq, qabaq oturacaqların arxasında ekranlarla müasir multimedia sistemi və bir çox başqa şeylər əldə edib. Executive
üçün 330-dan 550-yə qədər at güclü mühərriklər təklif edilir.

Yeniliklərin satışı mart ayına planlaşdırılıb, avtomobillərin qiyməti isə 85 min dollardan aşağı olmayacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.