Rikardo Tişidən Nike üçün yeni krosovka modeli

Givenchy brendinin kreativ direktoru Rikardo Tişi və Nike idman brendi yeni krosovka modelini təqdim ediblər.

Yeni model idman ayaqqabısından daha çox mükəmməlləşdirilmiş çelsi çəkmələrinə bənzəyir. "Bu ayaqqabının dizaynı mənim zövqümün təcəssümüdür. Mən Braziliya, çimərliklər, serfinq, okean sahilində həyatdan ilhamlanmışam. Həm də çelsi mənim sevimli kişi ayaqqabı modelimdir. Qarderobumda onun çoxlu variasiyaları var", - deyə Tişi yeni işi barədə bildirib.

Krosovkaları artıq noyabrın 11-dən əldə etmək mümkündür. Əvvəlcə onlar Nyu-Yorkdakı yeni NikeLab mağazasında, daha sonra isə brendin internet-mağazalarında satışa çıxarılıb.

Şərhini yaz