“WhatsApp”da videozəng etmək mümkün olacaq

“WhatsApp” messenceri iOS, Android və Windows Phone istifadəçiləri üçün videozəng funksiyasını istifadəyə verib.

Videozəngə başlamaq üçün dialoqun aparıldığı səhifənin yuxarı sağ küncündə kamera işarəsinin üzərinə klik etmək kifayətdir. Zəng zamanı ön və arxa kameraya keçid etmək, habelə mikrofonu söndürmək olar.

Qeyd edək ki, bundan öncə "WhatsApp"da qrup şəklində yazışmalar və audiozənglər funksiyaları mövcud idi. Lakin yeni funksiya messencerin Facebook Messenger, Skype, Viber və Google Duo kimi mobil tətbiqetmələri kölgədə qoyacağı ehtimal edilir. Hazırda funksiya yalnız ABŞ istifadəçiləri üçün əlçatandır, yaxın günlərdə isə bütün istifadəçilərə təqdim ediləcək.

Şərhini yaz