“Apple” şirkətinin ixtiraları haqqında kitab

"Apple" şirkəti "Designed by Apple in California" kitabının satışına başlayıb.

Stiv Cobsun xatirəsinə həsr olunan nəşr "Apple" qacetlərinin dizaynının təkamülünü izləməyə imkan verir. Topluda son 20 ildə çəkilmiş 450 kompüter, smartfon və digər elektronika şirkətlərinin şəkli yer alır. Kitaba dizaynını Conatan Ayvın düşündüyü 1998-ci ildə çıxan iMac G3 monoblokundan ən yeni Apple Pensil stilusuna qədər bütün Apple məhsulları daxildir.

Kitab üçün minimalistik fotoları amerikalı fotoqraf Endryu Zukerman çəkib. Kadrlarda təkcə hazır "Apple" məhsulları deyil, həmçinin onların hazırlanma prosesi də göstərilib.

"Designed by Apple in California" kitabı iki variantda satışa çıxarılıb. Kiçik variant 199 dollar, böyük variant isə 299 dollara satılacaq. Nəşri şirkətin saytından və Apple mağazalarından almaq mümkündür.

Şərhini yaz