Boşa gedən gün, heç gülmədiyiniz gündür!!!

Boşa gedən gün, heç gülmədiyiniz gündür. Ona görə də bu xəbəri gülməyənlər üçün hazırlamışıq.

1 dəqiqə gülmək, 10 dəqiqə çiyinə işləmək üçün yandırdığınız kaloriyə bərabərdir. Gülmək, qan dövranını yaxşı işlədir, damarları genişləndirir.

Yüksək səslə gülmək isə insanları bir araya toplama gücünə malikdir. Çox gülmək eyni zamanda sizin cinsi həyatınıza da yaxşı təsir edir. Çünki bütün orqanlarda qan yaxşı işləyir. Eyni zamanda bilirsinizmi ki, siz gülən zaman üzünüzdə 15 əzələ birdən işləyir.

Aparılan araşdırmalara görə kişilər qadınlardan fərqli olaraq 26 % daha az gülür. Aparılan statistikaya görə gündə ən azı 18 dəfə gülümsəyirik. Bunlar ancaq gülmənin bilinən tərəfləridir. Özünüzü sıxmayın. Gülmək istəyirsinizsə gülün. Gülmək ən tez yoluxan xəstəlikdir.