Göz yaşı axıtmadan soğanı necə doğramaq olar?

Bəzi kişilər üçün soğan doğramaq o qədər çətinlik yaradır ki, göz yaşı tökməmək üçün yeməklərini soğansız hazırlamağa üstünlük verirlər.

Əslində soğanı doğrayan zaman narahat edən göz yaşlarından qurtulmağın yolları var. Əsas olan odur ki, soğan doğrayan zaman onun buxarı sizin gözünüzlə təmasda olmasın. O zaman sizin gözünüz də yaşarmaz. Soğanı doğramamışdan əvvəl onu soyuducuya qoyub dondursanız o zaman soğanı doğramaq sizə narahat etməyəcək.

Digər bir üsul isə, soğanı suyun içində doğramaqdır. Belə olduğu halda da siz gözlərinizi göz yaşlarından xilas etmiş olacaqsınız.

Eyni zamanda soğan alan zaman çalışın qırmızı soğan alın. Kişilər üçün həmin soğanın faydası da çoxdur və eyni zamanda həmin soğanlar gözü daha az yaşardır.

Şərhini yaz