İdmanla məşğul olanlar üçün qidalanma ilə bağlı önəmli məlumat

Günümüzün ən aktual problemlərindən biri haqqında danışacağıq. Söhbət qidalandığımız zaman yediyimiz toyuqlardan gedir. Gün üzü görməyən, fermada qaçmayan, kök olması üçün iynələr vurulan toyuqlardan hər birimiz yeyirik. Amma bunun sağlamlığmız üçün ziyanlı olduğunu bilirikmi?

Protein cəhətdən tərkibi zəngin olan toyuqlu qidaları əslində necə qəbul etməliyik?

İlk olaraq ondan başlayaq ki, mütləq şəkildə kənt toyuğu alın. Sağlam qidalanmağınız üçün bu mütləqdir. Daha sonra onu da bildirək ki, toyuğu heç bir zaman bişirməmişdən öncə yumayın. Belə olduğu halda onun üzərində olan çox sayda bakteriyaları ətrafa sıçratmış olacaqsınız.

Eyni zamanda diqqətlə önəm verməli olduğunuz daha bir hal var. Toyuğu bişirən zaman mütləq 74 dərəcədən az olmayan istilikdə qaynamasını təmin edin. Bu bütün bakteriyaların ölməsini təmin edən ən aşağı dərəcədir.

Ən sonda isə onu da qeyd edək ki, çalışın toyuğu soyuducuda çox saxlamayın. Belə olduğu halda toyuğun faydalılığı azalır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.