NIO EP9: dünyanın ən sürətli elektrokarı

Çinin NextEV şirkəti dünyanın ən sürətli elektrokarı olan NIO EP9-u təqdim edib.

Avtomobil 313 km/saat sürəti yığa bilir. Digər göstəricilərinə görə, NIO əsas rəqibi olan Tesla modelindən geri qalır. 100 km/saat sürəti elektrokar 2,7 saniyəyə yığır, Model S isə isə bu sürəti 2,5 saniyəyə yığır. Ancaq xarici görünüşcə NIO EP9 daha çox McLaren-ə bənzəyir. Bu, aqressiv kuzov xətləri və formaları ilə əsl sportkardır. NextEV gələcəkdə EP9-un avtopilotu olacağını da bildirir.

Şirkətin investorları arasında Lenovo və Tencent kimi iri şirkətlər var. Sportkarın nə vaxt satışa çıxarılacağı məlum deyil. Lakin onun qiyməti 1,2 milyon dollar təşkil edəcək.