Oxford Universiteti onlayn kurslara başlayır

Oksford universiteti Amerika universitet şəbəkəsi ilə əməkdaşlıqda onlayn-kurs açacaq.

2017-ci ilin fevralında başlayacaq kurs "Kasıblıqdan inkişafa: iqtisadi inkişaf nədir" (From Poverty to Prosperity: Unterstanding Economic Development) adlanır. Bu kurs 9 milyon tələbənin qeydiyyatdan keçdiyi edX platformasında təqdim olunur. Platforma müxtəlif universitetlərdən, o cümlədən Harvard, MTİ, ABŞ-dakı Berkli, ÇXR Pekin universiteti və Parisdə Sorbonna, eləcə də Edinburq universiteti və Londonda İmperiya kolleci təhsil müəssisələrindən 900 mindən çox kursu özünə daxil edir.

Oksford universitetinin kursu dövlətin iqtisadi inkişafın sürətləndirilməsində roluna həsr edilib. Kursa Blavatnik adına İdarəetmə Məktəbinin iqtisadiyyat və dövlət siyasəti professoru Pol Kolliyer rəhbərlik edəcək.