Robert de Niro yeni komediya filmində çəkilib

Robert De Nironun baş rolda çəkildiyi "Komik" komediya filminin ilk treyleri çıxıb.

Filmin süjeti öz təhqiredici zarafatları ilə tanınan komik Ceki Byorkun ətrafındadır. Onun ən yaxşı illəri artıq geridədir, ancaq Ceki hələ də öz populyarlığının qalıqlarından yapışır, çünki onu serialdan olan personajı hesabına tanıyırlar. Ancaq növbəti çıxışı zamanı Cekinin əsəbləri dözmür və mikrofonu acıdil izləyiciyə atır. Məhkəmə Byorku islahedici işlərə məhkum edir, orada o, kürənsaçlı Harmoni ilə tanış olur. Təbii ki, bu görüş onun bütün həyatını dəyişir.

Filmin rejissoru Mayk Nyuelldir, ssenarini isə Art Linson yazıb. De Nirodan başqa filmdə Kristen Uiq, Denni De Vito, Harvi Keytel, Lesli Mann, Petti Lyupon, Eddi Falko və Kloris Liçmen çəkiliblər. Film kino prokata gələn il yanvarın 13-də çıxacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.