“Zoopark gözətçisinin arvadı” filminin treyleri

"Zoopark gözətçisinin arvadı" tarixi hərbi dram filminin ilk treyleri çıxıb.

Film real hadisələr əsasında yazıçı Diana Akermanın kitabının motivləri üzrə çəkilib. Baş qəhrəmanlar - Antonina və Yan Zabiski (Cessika Çesteyn və Yohan Heldenberq) 1939-cu ildə faşistlərdən yüzlərlə yəhudini heyvanlar üçün qəfəslərdə gizlədiblər. Onların evində eləcə də, 12 insan gizlənib. Bununla belə, cütlük təhlükəli şərtlər altında insanların normal həyatını qorumağa çalışırdılar. Yan Zabinski mərkəzinin zooparkda yerləşdiyi polyak müqavimətinin iştirakçısı idi.

Rejissoru Niki Karonun filmdə Daniel Bryul, İddo Qoldberq, Maykl MakElhatton, Brayan Kaspe və başqaları çəkiliblər. "Zoopark gözətçisinin arvadı" filmi 31 mart 2017-ci ildə böyük ekranlara çıxacaq.

Şərhini yaz