Həqiqi bir dostun varmı?

Əsl dostun olmadan var olmağın mümkün deyil. Varlığımızın isə görünməsi vacibdir. Etdiklərimizin, danışdıqlarımızın, sevgimizin görülməsi vacibdir. Əsl dostlar bizi mənliyimizlə var edənlərdir.

Özünüzə bir dost tapın. Amma əsl dost olsun. Zəng etdiyinizdə işin mahiyyətini yox, nəticəsinə necə çata bilməyimizi soruşşun. Cinsiyyəti önəmli deyil. Əsas olan səninlə eyni dənizə baxanda, eyni duyğuları hiss etməsidir. Yalansız filansız sənə ancaq düzgünləri söyləsin. Sizi içdən sevib və içdən anlayan biri olsun. Sizin uğurlarınıza sevinəcək biri olsun. Nə olmasından asılı olmayaraq, səninlə sonacan gedəcəm desin. Səninlə sevinib, səninlə kədərlənsin.  Ulduz kimi qaranlıqda yanında parlasın. Bir dostun olsun…..

Bir dostum var deyə bilirsənsə, o zaman sən çox xöşbəxt birisən.

Şərhini yaz