Edrian Broudi ilə qatarda Milad şənliyi

H&M brendi Milad bayramı münasibətilə aktyor Edrian Broudinin baş rolda çəkildiyi qısametrajlı film buraxıb. Ekran işinin rejissoru Ues Andersondur.

"Come Together" adlı qısametrajlı filmi Ues Andersonun "Carcilinqə səfər" filminin motivləri əsasında çəkilib. Filmdə Miladı qarşılamaq üçün yaxınlarının yanına gedən qatar sərnişinləri göstərilir. Ancaq qarlı hava onların planlarına mane olur. Lakin bələdçisi bütün sərnişinləri bir araya gətirərək onlar üçün qatarda bayram şənliyi təşkil edir.

Şərhini yaz