Nyu-York “Instagram”da ən populyar yerdir

“Instagram” sosial şəbəkəsi 2016-cı ilin ən populyar istiqamətlərini müəyyən edib. Reytinqdə birinci yeri Nyu-York tutur.

Siyahı “Instagram”da ən çox fotonun yerləşdirildiyi geoteqlər əsasında hazırlanıb. Reytinqdə ikinci yerdə London, ardınca isə Moskva gəlir. Onluğa San-Paulu (Braziliya), Paris, Los-Anceles, Sankt-Peterburq, Rio-de-Janeyro, İstanbul və Cakarta düşüb.

Bundan əlavə, sosial şəbəkənin əməkdaşları internetdə Yerin ən populyar görməli yerlərinin siyahısını yerləşdirib. Reytinqə Universal Studios əyləncə parkları (bir çox ölkələrdə), Mərkəzi Park (Nyu-York), Tayms-Skver (Nyu-York), Eyfel Qülləsi, Luvr (Paris), Las-Veqas-Strip bulvarı (ABŞ, Nevada ştatı), Santa-Monika limanı (Los-Anceles, ABŞ) və Bruklin körpüsü (Nyu-York) düşüb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.