“Smurflar” ekranlara qayıdır

Sony Pictures "Smurflar: İtirilmiş kənd" cizgi-filminin yeni treylerini paylaşıb.

Cizgi-filmində Smurfetta öz qardaşları ilə birlikdə əfsanəvi smurf kəndini axtaracaq. Süjetə görə, kəndin yeganə smurf-qızı başa düşür ki, onun kiçik qardaşlarından hər birinin öz təyinatı var. Bəs onun missiyası nədən ibarətdir? Bunu başa düşmək üçün Smurfetta öz dostları ilə təhlükəli səyahətə yola düşür və smurfların ən böyük sirrini açmağa qərar verir.

Baş qəhrəmanları Co Manqanyello (Pəhləvan), Demi Lovato (Smurfetta), Mendi Petinkin (Ata Smurf), Reyn Uilson (Qarqamel), Cek MakBrayer (Fərsiz), Denni Pudi (Fərasətli) səsləndirir. Yeni "Smurflar" prokata 2017-ci ilin martında çıxacaq.

Şərhini yaz