Dünyanın ən varlı insanlarından özünü inkişaf etdirmək üçün 9 qızıl qayda

Özünü inkişaf etdirmək istəyirsənsə bu çox yaxşı haldır. Amma ətrafdakıların da sınanmış fikirlərindən özünə təcrübə toplasan çox yaxşı olardı. Bu dəfə biz sizə özünü inkişaf etdirməyin 9 qızıl qaydası haqqında danışacağıq. Unutmayın bu fikirlər dünyanın ən varlı insanları tərəfindən deyilən sözlərdir.

  1. Beyninizi lazımsız məlumatlarla doldurmayın. Lazımsız məlumatlar sizlərə stress və problem yaşadır. Yeniliklər üçün çox təmiz beyinə ehtiyacınız var.
  2. Özünüzün təhsilini inkişaf etdirin. Biznes haqqında olan kitabları oxuyun. Daha çox səyahət edin və sərgilərdə olun. İdmanla məşğul olun. Çalışın özününzü hər tərəfli inkişaf etdirəsiniz. Biznes işində bu çox faydalıdır.
  3. Özünüzdə lider olmağı inkişaf etdirin. İnsanlarla daha çox ünsiyyətdə olun.
  4. Könlünüzcə olan işlərlə məşğul olun. Çünki siz insanları tanımalısınız. İnsanları tanımaq üçün isə ilk növbədə özünüzü tanımalısınız.
  5. Biznesmenlər insanları ilk baxışdan tanımalıdır. Bunun üçün isə psixologiyaya aid kitablar oxumanız mütləqdir. İnsanların əl hərəkətlərindən onların necə biri olduğunu seçməyi bacarmalısınız.
  6. Pulu sevməyi bacar. Sən pulu sevsən, pul da səni sevəcək. Fikir vermisinizsə kasıblar həmişə deyir ki, pulum yoxdur. Pul mövzusu açılan zaman ondan qaçırlar. Amma varlılar isə hər zaman puldan danışır. Eyni zamanda pula olan sevgilərindən.
  7. Hər zaman xəyallar qurmağı bacar. Xəyallarını mərhələlərə böl. Mərhələlərlə ona çatmağını düşün. Sonda o mərhələyə çatanda hansı hissləri keçirəcəyini düşün. O hissləri xəyal olaraq yaşamağa çalış. Bu emosiyalar sənə ümidlər verəcək.
  8. Uğursuz insanları heç bir zaman dinləmə. Hansılar ki, heç nəyin alınmayacağını düşünürlər. Onlar uğursuzdular və uğursuz olaraq da qalacaqlar. Daxili səsini dinlə. O hər zaman sənə güc verəcək.
  9. Hər zaman hərəkət et. Bəzən ən kiçik bir addım belə səni uğura apara bilər. Hər şey qazandığın təcrübə ilə əldə olunur.

Şərhini yaz