Hər kəsin həyatda bir dayağa ehtiyacı var

Hər gün mən bir çox insanlarla ünsiyyətdə oluram. Onlar arasında ən uğurlu insanlar isə tənha olanlardır. Onları digərlərindən ayıran əlamətlər isə xarakterləri və canlı düşünən beyinləridir. Onların çox güclü baxışları var. Onlar əslində özləri kimi insanlar axtarırlar. Onlar axtardıqları insanlarla birlikdə əylənmək istəyirlər və düşündüklərini paylaşmaq istəyirlər. Onlar səhv addım atanda bunu daha çətin keçirirlər. Çünki onlara dəstək olacaq insanlar yoxdur. Bu hadisələrdən sonra isə onlar daha güclü birilərinə çevrilirlər. Belə olduğu halda isə onlar yenə də sıfırdan başlayırlar. Onların arxasınca hər zaman pis şeylər danışılır. Lakin heç bir zaman bu tip insanların üzünə düşündükləri söylənilmir. Onlar hər zaman yanında sakitlik hiss edəcək birinin axtarışındadırlar. Sakitlik deyiləndə dava-dalaş olmadan yanında olacaq biri yox, sadəcə onun yanında özünü əmin hiss edəcək birini demək istəyirlər. Hansı ki, heç bir zaman onu satmayacaq. Ən güclü insan belə istərdi ki, onun yanında onu sevəcək biri olsun. Bu halda onlar özünü əmin əllərdə hiss edirlər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.