İlk görüşdən onun üçün ən yaxşı kişi necə olmaq olar?

Romantik olmaq və eyni zamanda əsl kişi xarakterlərinə sahib olmaq deyəcəksinizsə, bəli sizinlə razıyıq. Amma digər kiçik amma önəmli məsləhətlərimiz də olacaq.

Qadınla görüşə nə geyinməlisən?

Gündəlik həyatda idman üslüblü ayaqqabı və s. geyinirsinizsə, ilk görüşə bunu etməyin. Demirik ki, klassik üslubda geyin və s. Yox sadəcə görünüşün tam idman üslubunu xatırlatmasın.

Cinş şalvar seçən zaman çalışın ki, Levi s 514s tipində şalvarlar olsun. Aparılan araşdırmalar onu göstərir ki, qadınlar bu tip cins şalvarları sevirlər.

Qolları əyninə oturan köynəklər seç. Amma bel hissədən həmin köynək dar olmasın. Əgər ilk görüş üçün özünə köynək almağa gedəcəksənsə tünd göy rəngdə köynək al. 85 % qadınlar kişiləri ilk görüşdə bu rəng köynəkdə görmək istəyir.

Hansı ətirlərin iyi sənin üzərində ola bilər?

Ətir istifadə edirsənsə bu çox gözəl haldır. Amma görüşə gedirəm deyib bütün flakonu üzərinə boşaltma. Gecənin əsas rolu qadındır. Və onun ətirinin iyi sənin ətirinin iyindən üstün olmalıdır.

Eyni zamanda görüşə gəlməmişdən əvvəl mütləq tam yuxunuzu alın. Çünki yuxusuzluq sizin əhvalınıza təsir edə bilər. Qadın səndən ancaq və ancaq müsbət əhval ruhiyyə almalıdır.

Əgər istirahət üçün hər hansısa bir restoranı seçmisinizsə, çalışın restoranda xanıma siz qulluq edəsiniz. Bu sizin, daha qayğıkeş olduğunuzu göstərəcək.

Şərhini yaz