Kişilər bu qidaları mütləq yeməlidirlər

İngilis alim Rob Hobson kişilərin qidalanması ilə bağlı araşdırma aparıb. Mütəxəssisin tədqiqatının məqsədi kişilərin sağlamlığı və cinsi gücünün artırılması olub. R. Hobson kişilərin mütləq yeməsi lazım olan 9 qidanı açıqlayıb.

Qırmızı ət: Bədən müqavimətini artırır, infeksiyadan sonra yaxşılaşmağı sürətləndirir.

Qırmızı bibər, pomidor: Tərkibində bol olan C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Eyni zamanda, sperma keyfiyyətini artırır.

Yağlı balıqlar: Somon və ton balığı sağlam yağlarla zəngindir, ürək xəstəlikləri riskini artıran qan təzyiqi və xolesterolun düşməsinə kömək edir.

Fındıq: Maqnezium, E və B vitamini ilə zəngini olan fındıq ürək sağlamlığını qoruyur.

Qabıqlı dəniz məhsulları: Sink baxımından zəngin olan bu qidalar saç tökülməsinin qarşısını almaq üçün təsirlidir.

Lobya: Liflə zəngin bu qida diabet və ürək xəstəliklərinə qarşı qoruyucu vəzifə yerinə yetirir.

Yumurta: Xərçəngin qarşısını almaq təsiri çox yüksəkdir.

Yulaf: Diabet və ürək xəstəlikləri riskini azaldır, qan şəkərini tənzimləyir.

Şərhini yaz