Spirtli içkilər 5 xərçəng növünə səbəb olur

Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. Bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.

Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 5 xərçəng növünə səbəb olur:
- ağız boşluğu xərçəngi
- qırtlaq xərçəngi
- qida borusu xərçəngi
- qaraciyər xərçəngi
- yoğun və nazik bağırsağın xərçəngi

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.