Əzələlərin böyüməsi üçün 10 ən yaxşı məhsullar

İdmanla məşğul olan bəylərimiz üçün bu xəbər lap yerinə düşəcək. Əzələlərinizin daha da böyüməsini istəyirsinizsə sizə təqdim edəcəyimiz bu 10 məhsuldan yararlanmağı unutmayın.

  1. Kəsmik. Kəsmik-əzələlərinizin böyüməsi üçün ən vacib məhsullardan biridir. 150 qr kəsmiyin tərkibində 22 qr zülal var.
  2. Qızıl balıq. Balıq həm zülalla zəngindir, həm də omega 3 ilə. Bu ikili məhsul əzələlərinizin sürətlə inkişafına səbəb olacaq. Eyni zamanda qızıl balıq maddələr mübadiləsinin daha sürətlə baş verməsini təmin edir.
  3. Yulaf. Yulaf sağlam qidalanmanın əvəzolunmaz hissəsidir. Yulaf özündə mineralları və vitaminləri cəmləşdirib. Eyni zamanda yulaf qan və şəkəri stabil saxlayır.
  4. Qarabaşaq. Qarabaşaq ən sağlam qidalardan biridir. Tərkibi karbohidratlarla zəngindir.  100 qr qarabaşağın tərkibində 18 qr protein var. Əzələ inkişafı üçün qarabaşaq pəhrizi ən idealıdır.
  5. Mal əti. Mal əti zülal qəbulu üçün faydalı məhsullardandır.
  6. Balıq yağı. Balıq yağının əsas özəlliklərindən biri odur ki, ağır bir məşq prosessindən sonra orqanizmi sürətlə bərpa edir. Eyni zamanda maddələr mübadiləsini də sürətləndirir.
  7. Hinduşka əti. Hinduşka əti zülallarla zəngindir. Eyni zamanda tərkibində 11 növ vitamin və minerallar var.
  8. Toyuğun döş əti. 100 qr toyuğun döş ətində 22 qr zülal var. Eyni zamanda toyuğun döş əti mineral yağlarla da zəngindir.
  9. Su. Bədənin tələb olunan su ehtiyacını verdiyiniz zaman bədənin gücü artır. Eyni zamanda bədən enerjisi də yüksəlir. Bu da maddələr mübadiləsinin düzgün getməsinə səbəb olur.

10. Yumurta. Yumurtanın tərkibi zülallarla zəngindir. 1 yumurtanın tərkibində 6 qr zülal var. Eyni zamanda yumurta sink, dəmir və digər minerallarla zəngindir. Ona görə də yumurta qəbulu hər birimizin həyatında mütləqdir.

Şərhini yaz