Qalib yanvarın 9-da Sürixdə baş tutacaq təntənəli mərasimdə elan ediləcək. Messi "Barselona"nın heyətində İspaniya Çempionatı və kubokunun qalibi oldu. Eləcə də, argentinalı milli yığma ilə birlikdə Amerika Kubokunun finalına qədər çatdı, ancaq finalda Çiliyə uduzdular.

"Real"ın hücumçusu Ronaldu Çempionlar Liqasının qalibi oldu. Turnirin finalında "Real" Qrizmanın çıxış etdiyi "Atletiko Madrid"dən güclü oldu.

Eləcə də, hücumçu Portuqaliya yığmasının heyətində Avropa Çempionatının finalında Fransaya qalib gələrək, turnirin qalibi oldu. Qrizmann Avropa birinciliyinin ən çox qol vuran oyunçusu oldu, ancaq bununla belə heç bir komanda mükafatı qazanmayıb.

Qeyd edək ki, FİFA 2010-cu ildən bəri davam edən France Football jurnalı ilə "Qızıl top"un təqdim edilməsi üzrə tərəfdaşlığını dayandırıb. 2016-cı ildən nəşr dünyanın ən yaxşı futbolçusunu başqa qaydalar üzrə seçəcək.