“İndi kişi var?” deyən qadınlara verəcəyimiz cavab

Qadınlar son zamanlar daha çox bu ifadəni işlədirlər : “İndi kişi var? Kişilər qaldı keçmişdə”.

Bu fikirləri eşidəndə bir az düşünməyimizə ehtiyac var. “İndi əsl qadınlar qalıbmı?” Hansılar ki, hər zaman öz həyat yoldaşlarına dəstək olurlar. Yeməyini verəcək, qayğısına qalacaq və lazım olan yerdə susacaq. Hansılar ki, uşaqların tərbiyə edib, öz ailələrini qoruyacaqlar. Eyni zamanda heç nəyə baxmayaraq öz həyat yoldaşlarına inanıb, onlara sadiq olacaqlar. Ən çətin anda belə sizi tək qoymayacaq. Necə deyərlər dost dar gündə tanınar, həyat yoldaşı isə kasıblıqda.

Buna görə də əsl kişi istəyən qadının özü əsl qadın olmalıdır. Əgər o qadın ki, 16 yaşlı qızlar kimi düşünürsə, onda elə o düşüncədə olan oğlanlar da onun qismətidir.

Şərhini yaz