Vin Dizel: "Əsas bədən deyil"

"Vücudumu normal saxlamaq üçün əlimdən gələni edirəm. İnsanın bədəni ilə yanaşı, zahiri də gözəl olmalıdır. Amma sadəcə, bədənimə görə tanınmaq istəmirəm".

Məşhur aktyor, Hollivud ulduzu Vin Dizel "Men's Health" jurnalına müsahibə verib, fotosessiyaya çəkilib.

"The Fast & Furious" filmindəki rolundan sonra məşhurlaşan 49 yaşlı aktyor Floridada kamera qarşısına keçib.

"Məni "əzələli kişi" adlandırırlar, fanatlarım da az deyil. Lakin əzələ sadəcə, vücuddur, anturajdır. Mənimçün əsas sənətdir, oynadığım rollardır. Floridada ötən il çəkdirdiyim foto sosial şəbəkələrdə geniş yayıldı. Bundan razı qaldım? Deməzdim", - Vin Dizel deyib.