Bu da yeni Lexus LS

Lexus şirkəti bayraqdar sedanı olan LS modelinin növbəti nəslinin ilk tizerini dərc etmişdir. Yeni sedanın dünyəvi premyerası gələn ay Detroyt şəhərində keçiriləcək avtosalonda baş tutacaqdır.

Yeni bayraqdar model, arxadan çəkişli Lexus LC kupesi üçün istifadə edilən GA-L qlobal modul platformasının uzadılmış variantında istehsal ediləcəkdir. Bununla belə, bayraqdar Lexus LS sedanının beşinci nəsli barədə ətraflı məlumat verilməmişdir. Çox güman ki, yeni Lexus LS modeli Lexus LC kupesinin mühərrik çeşidində yer almış 473 at qüvvəli beş litirlik atmosfer V8 mühərrikini, həmçinin tərkibinə 295 at qüvvəli altı silindirli 3,5-litrlik mühərrik daxil olan 355 at qüvvəli hibrid güc aqreqatını əldə edəcəkdir.

Lexus LS sedanının dördüncü nəsli 2006-cı ildən istehsal edilir. 2012-ci ildə avtomobil iri miqyaslı restaylinqə məruz qalmışdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.