Ötən ildən bəri Fransa paytaxtının körpülərindən ümumi çəkisi 65 ton olan milyondan çox qıfıl kəsilib. Paris merinin birinci müavini Bruno Jyulliar bildirib ki, istənilən insan əlçatan qiymətlərlə 5, 10 və daha artıq qıfıl ala bilər. Şəhər administrasiyası qıfılların satışından 100 min avroya yaxın məbləğ əldə etməyi düşünür. Satılmayan "sevgi simvolları" utilizasiyaya göndəriləcək. Satışlar 2017-ci ildə başlayacaq, dəqiq tarix isə hələ məlum deyil.

Xatırladaq ki, Parisdə qaçqınlar üçün ilk rəsmi düşərgə oktyabr ayında açılıb. Bura 400 nəfər üçün nəzərdə tutulub.