Yolkanın bəzədilməsi və mənzilin dekoru fantaziya, güc və enerjimizdən istifadə edərək, yerinə yetirdiyimiz əsas bayramqabağı ənənələrdən biridir. Ötən il olduğu kimi bu il də siz bu ideyalarınızı bölüşə bilərsiniz.

Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak etmək üçün Yeni il yolkanızın fotosunu info@buro247.az ünvanına göndərməyiniz kifayətdir. Şəkillər qeyri-rəsmi iş günləri (31 dekabr-4 yanvar) xaric olmaqla, yanvarın 11-nə qədər qəbul edilir. Qalibin adı isə yanvarın 13-də elan ediləcək. Hamıya müvəffəqiyyətlər arzulayırıq!