Ən yaxşı Yeni il yarmarkaları

Yeni il yarmarkaları yaxınlarınız və dostlarınız üçün müxtəlif növ hədiyyələri əldə etmək, eləcə də bayram süfrəsinə hazırlıq görmək üçün əla imkandır.

Soyuq əllər - isti ürək, Bakı, Azərbaycan
Tarix: 03.12.2016 - 15.01.2017

Azərbaycanın əsas Yeni il yarmarkası artıq dördüncü dəfədir ki, "Nargis Fund"ın rəhbərliyi altında və "Amapola Exclusive Events"in təşkilati dəstəyi ilə Fəvvarələr meydanına keçirilir. Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhurlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, yarmarkanın sponsorlarından şirniyyatlar və hədiyyələr gözləyir.

WeihnachtsZauber Gendarmenmarkt, Berlin, Almaniya
Tarix: 21.11.2016 - 31.12.2016

Hər il 600 min insan Berlindəki Jandarmenkarkt meydanında Milad nağılında iştirak edir. İşıq saçan bayram çadırlarına baxmaq üçün fransız kilsəsinin damına çıxın. Nostalji karusellər və digər attraksionlar bayram atmosferi yaradır. Yarmarkada gəzinti zamanı qızardılmış badamların, qlintveynin, isti şabalıdların, punş və milli yeməklərin dadına baxmaq olar.

Tallinna Jõuluturg, Tallin, Estoniya
Tarix: 18.11.2016 - 07.01.2017

Tallində Ratuşa meydanının mərkəzində ətrafında ticarət pavilyonlarının yerləşdiyi yolka quraşdırılır. Qonaqlara əl işi məhsullarının, unikal eston məhsul və içkilərinin geniş seçim təklif edilir. Eləcə də, burada çoxlu sayda maraqlı suvenirlər - oyuncaq evlər, ardıc altlıqları, naxışlı-yazılı qab-qacaq və əl işi olan kuklalar almaq olar. Uşaqlarınız bu yarmarkanı heç vaxt unutmayacaq, çünki burada onlar Yıuluvana adlı eston Şaxta Babası ilə tanış olacaqlar.

Marchés de Noël, Strasburq, Fransa
Tarix: 25.11.2016 - 31.12.2016

Stasburqu "Milad paytaxtı" adlandırırlar. Ən böyük tədbirlər Kleber meydanında keçirilir, burada çiçək və hörüklər və işıqların əhatə etdiyi 30 metrlik yolka bəzəyirlər. Duzlu peçenye ilə kəhrəbalı Elzas pivəsinin dadına baxın, peşə dükanlarına nəzər yetirin, uşaqlığa qayıdına və xəzinə ovuna çıxın.

Christmas on Covent Garden, London, Böyük Britaniya
Tarix: 15.11.2016 - 05.01.2017

Miladda Londonda Kovent-Qardendəki mağazaların vitrinləri müxtəlif rəngli işıq saçırlar, nəhəng Yeni il oyuncaqlarından isə xoş darçın iyi gəlir. Bayram əhval-ruhiyyəsi sizi mütləq yaxalayacaq və bir də görəcəksiniz ki, bir əlinizdə moruq mürəbbəsi ilə ponçik, digərində isə Apple Market bazarından vintaj açıqcaları dəsti var. Yeri pablardan birində bu əhval-ruhiyyəni yaxalayın və doyunca Böyük Milad pudinq yarışında əylənin.

Frankfurter Weihnachtsmarkt, Frankfurt, Almaniya
Tarix: 23.11.2016 - 22.12.2016

Miladda Frankfurtdakı Ryomerberq meydanından marsipanlı bulka və şirin souslu kartof fəsəlilərinin iyisi gəlir. Yarmarka zamanı təpənin başında səhnə qurulur, burada isə tamaşalar keçirilir, Paulskirze kilsəsində isə Frankfurt rəssamlarının sərgisi təşkil olunur. Axşamlar Müqəddəs Nikolay kilsəsinin üst qalereyasından nəfəsli orkestr konsert verir - Milad mahnıları və xorallar ifa edilir.

Nürnberger Christkindlesmarkt, Nyurnberq, Almaniya
Tarix: 25.11.2016 - 24.12.2016

Nyurnberqdəki Yeni il yarmarkası Avropanın ən qədim və populyar yarmarkalarından biri hesab olunur. Hər addımda burada şirin badam, yüzlərlə kolbasa növü, ədviyyələr və qlintveyn satılır. Suvenir dükanları şıqqıldaq və yolkda şarları ilə bəzədilib. Uşaqlar karusellərdə yellənir, şamlar çəkilir, zəncəfilli qoğallar bişirilir və dostlara nağıl açıqcaları göndərilir.

Weihnachtsmarkt am Kölner Dom, Köln, Almaniya
Tarix: 21.11.2016 - 23.12.2016

Heç olmasa həyatda bir dəfə Köln kilsəsinin yanında keçirilən yarmarkanın Milad ruhunu hiss etmək lazımdır. Burada canlı musiqiyə qulaq asmaq, şirniyyatların dadına baxmaq və isti qlintveyn içmək olar. Orta əsr Milad yarmarkası özünüzü "nağılda hiss etməyə" kömək edəcək. "Gəldim, gördüm, aldım" şüarı ilə gələn turistlərə şəhərdəki ən qədim Mələklər bazarına, romantiklərə isə Şokolad Muzeyinin yaxınlığındakı Cologne Harbour port yarmarkasına getmək tövsiyə olunur.

Plaisirs d'Hiver, Brüssel, Belçika
Tarix: 25.11.2016 - 01.01.2017. Katok yanvarın 8-nə kimi çalışacaq.

Ən parlaq və orijinal Milad yarmarkalarından biri şokolad və fri kartofun vətəni Belçikada keçirilir. "Qış əyləncələri" bayram günlərində hər addımda möcüzə ilə qarşılaşmaq olar. Brüssel birjasının yanındakı yarmarkada sizi dadlı vaflilər, qızardılmış ilbizlər və şokolad desertləri gözləyir. Gündüz vaxtı Brüsseldə La Monne opera evinin qarşısındakı buz katokunda qızışmaq olar, axşamlar isə Qran-Plyas meydanında işıq oyununu müşahidə etmək və ya Müqəddəs Yekaterina kilsəsinin fasadında yapon nağıllarına baxmaq olar.

Stortorgets Julmarknad, Stokholm, İsveç
Tarix: 19.11.2016 - 23.12.2016

Karlsonun doğma şəhərindən ac getmək mümkün deyil, xüsusilə də Milad zamanı. Bayramlar zamanı Stokholmun ən qədim Sturtoryet meydanı İsveç stoluna çevrilir. Burada darçınlı bulkalar, zəncəfil peçenyesi, qaxac edilmiş maral filesi və ədviyyəli qlyoq (Qlintveynin Skandinaviya versiyası) təklif edilir. Keçmişdə çörəyin necə bişirildiyin, pivənin və azduzlu kilkanın necə hazırlandığını bilmək istəyirsinizsə, açıq səma altındakı Skansen etno-muzeyinə gedin. Yeni il İsveçi barədə xatirə olaraq öz əlinizlə hazırladığınız məzəli şam fiqurları aparacaqsınız.

Mənbə : www.buro247.az

Şərhini yaz