Bu ildə davam edən trend : iki bortlu pencək

İki bortlu pencəklər keçən əsrin 30-cu illərində çox dəbdə idi. Keçən əsrin ortalarına kimi ən dəbdə olan pencəklər sırasında yer tuturdu. Zamanla iki bortlu pencəklər dəbdən düşməyə başladı. Lakin tamailə trenddən itib getmədi. 80-cı illərdən sonra isə dizaynerlər bu pencəklərə ikinci həyat verməyə başladılar. Əsl dəb sevərlər heç bir zaman iki bortlu pencəklərdən tam olaraq imtina etmirdilər. İllər keçdikdən sonra yenə də iki bortlu pencəklər dəbdədir.

Bu tip pencəklər universaldır. Bu il biz bu işdə italiyanlara təşəkkür etməliyik. Çünki 2016-cı ildən etibarən onun yenə dəbə qayıtmasını təmin edən onlardır. Onlar bu il iki bortlu pencəklərin boyunu qısaldıblar və çiyinlərini daha ensiz ediblər. Bu il dəbdə olan iki bortlu pencəklər daha çox casual stilə daha çox uyğundur. Həmin pencəklərlə ağ t-shirt və cins şalvar geyinmək mümkündür.

Bu il dəbdə olan pencəklərin üzərində 2-dən başlayaraq 8 düyməyə qədər rast gəlmək olar. Onlardan yalnız bir neçəsi öz funksiyasını yerinə yetirir. Digərləri isə dekorativ xarakter daşıyır. Bu tip pencəklərin yaxasını açıq qoymaq olmaz. Belə olduğu halda parçanın artıq qalan hissəsi yersiz görünəcək.

Boyu balaca kişilər iki bortlu pencək geyinmək istəyərlərsə onlar yalnız iki düyməli və ya dört düyməli olanlardan geyinə bilər. Altı və səkkiz düyməlilərdən uzaq olmaq lazımdır. Çünki bu hal boyunuzu daha da qısa göstərəcək.

Səkkiz düyməli pencəklər əsasən rəsmi xarakter daşımır. Ona görə də onları ya cins şalvarlalra ya da boğazlı köynəklərlə geyinmək daha yaxşı olardı.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.