Forbes jurnalına görə milyonçuların 9 üstünlükləri

Forbes jurnalına görə milyonçuların 9 üstünlüklərini sizə təqdim edirik.

  1. Milyonçular bütün günlərini istifadə edirlər.

Onlar səhvlərini görürlər və günlərlə həmin səhvlərinin üzərində çalışırlar. Onlar işsiz qalmağı sevmirlər

2. Öz biznesini özü quran milyonçu bütün fürsətlərdən istifadə edir.

Milyonçular bütün fürsətləri dəyərləndirdikləri üçün uğurlu insanlardırlar. Onlar heç bir zaman ayaqlarına gələn şansdan qaçmazlar.

3. Əsas olan odur ki, milyonçu planlarını əvvəldən qurur.

Bütün planları əlbətdəki öncədən görmək mümkün deyil. Lakin milyonçular ən azı növbəti 2-3 addımın planını əvvəldən qururlar.

4. Milyonçular hər zaman öz cüzdanlarına inanırlar.

Kasıblar hər zaman pulu dəyərsizləşdirirlər. Lakin milyonçular belə etmir. Milyonçular pulu dəyərləşdirir və ona inanır. Onunla daha uğurlu addımlar atacağına özünü inandırır.

5. Milyonçular heç bir zaman risk etməkdən qorxmurlar.

Özü qazanıb milyonçu olan insanlar hər zaman risk etməyi sevir. Lakin vəsiyyət sayəsində milyonçu olan insanlar isə onları qorumağa çalışır. Ona görə də öz gücünə milyonçu olan insanlar növbəti illərdə daha da uğurlu addımlar atırlar.

6. Milyonçular hər zaman öz sevdikləri işlə məşğul olurlar.

Milyonçu olmaq istəyənlər hər zaman öz istedadlarını hər hansısa yolla ortaya çıxartmağı bacarırlar. Nəticədə o istedad sayəsində onlar uğur qazanırlar. Ona görə də sevdiyiniz işin arxasınca getmək lazımdır.

7. Milyonçuların ətrafında hər zaman çox insanlar olur.

Milyonçuları dəstəkləyən insanlar günbəgün çoxalır. Onların çoxunun sizi sevmədiyini biləcəksiniz. Lakin onlar sizin uğurlu bir insan olduğunuzu bilirlər və hər zaman sizə inanırlar. Milyonçular da elə bu insanlardan güc alırlar. Onlara olan inamdan.

8. Milyonçular bilirlər ki, hər şeyi yenidən sıfırdan başlaya bilərlər.

Demək olar ki, bütün milyonçular, ilk bizneslərində iflasa uğrayıblar. Lakin onlar özlərinə inandığı üçün bunu yenidən ediblər və nəticədə əsl milyonçu ola biliblər.

9. Milyonçular ilkin qoyduğu pulun haçan gəlirini götürəcəyini düşünmür.

Milyonçu ilk yatırımın gəlirini nə zaman götürəcək deyə düşünmür. Onu düşünməməyi onu uğura aparır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.