Jizel Bundhendən kral ailəsinin üzvlərinə qədər ən məşhur qadınların obyektivinə düşdüyü məşhur fotoqrafın yeni kitabı kişilərə həsr olunub. Sir adlı nəşrə Testinonun bütün karyerası ərzndə çəkdiyi 300-dən çox foto daxildir. Kitabda Bred Pitt, Orlando Blum, Devid Boui, Devid Bekhem, Mik Caqqer, Coş Hartnettin olduğu fotoları görmək olar. "Kişilərin fotolarda və ümumilikdə modada necə göründüyü son illərdə ciddi dəyişikliyə uğrayıb. Diqqət maskulinliyin tərəfinə dəyişib", - deyə Mario TestinO relizi şərh edib.