Borc verməyin düzgün qaydası

“Özünə düşmən qazanmaq istəyirsənsə o zaman borca pul ver”

Yəqin ki, hər biriniz borca pul istəyənlərlə qarşılaşmısınız. Səbəbi vacib deyi. Maaşa qədərmi, yeni biznes işinə görəmi və ya başqa səbəblərdən. Sən zəng edib borcunu istəməyən zamana qədər susqunluq davam edəcək.

Müasir dövrdə borc vermək, bir stəkan çay sifariş etməyə bərabərdir. Çoxları borc alır, lakin onu necə qaytaracağı haqqında düşünmür. Ona görə də borcu verən zaman onun qayıdacağına tam olaraq əmin olmaq olmaz.

Cədvəl alın – bacardığınız qədər çalışın borclu onu qaytaracağı ilə bağlı sizə cədvəl təqdim etsin. Bunu etməsə çalışın özünüz cədvəl tutasınız və borclu onun altında öz imzasını atsın.Cədvəlin olmağı ağıllı fikirdir. Borcun miqdarı az olsa belə. İmzalamasa, siz pul verməkdən rahatlıqla imtina edə bilərsiniz. Əgər pulun həcmi böyük məbləğlərdən gedirsə o zaman mütləq rəsmi qaydada hüquqi yolla həmin pulu ona borc verin.

Əminlik – Borc alan sizin dostunuz, qohumunuz, iş yoldaşınızdır? Onun pulu ödəyə biləcəyinə nə dərəcədə əminsiniz? Əgər pulun qayıtmağına əmin deyilsinizsə o zaman borc verməsəniz yaxşıdır. Belə olduğu halda dostluğunuz da möhkəm olar, problemlərdən də yayınmış olarsınız.

Xərclər – Kiməsə pul verməmişdən öncə öz büdcənizi yoxlayın. Siz bunu etməyə tam əminsinizmi? Çünki sabah dostunuz və ya iş yoldaşınız pulu qaytarmadığı halda siz özünüzü də pis vəziyyətdə qoymuş olacaqsınız. Əgər çox ciddi bir məsələ deyilsə o zaman son pulunuzu vermək ağılsızlıqdır.

Hər birinizə borc alan və borc verən olmamağı arzu edirik.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.