Xoruldayanlar üçün resept: Yatmadan öncə için

Xorultu xüsusilə kişilər arasında kifayət qədər yayılmış xəstəlikdir. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünəməxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait yaranır. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir. Təbii ki, bunun üçün həkim müayinəsindən keçmək önəmlidir.

Lakin evdə təbii ərzaqlarla hazırlanan qarışımla da xorultu probleminin qarşısını almaq olar.

Ərzaqlar:

2 alma

2 kök

1/4 limon

1 zəncəfil kökü

Hazırlanması:

Bütün ərzaqları blendrda çəkin. Hər gecə yatmadan bir neçə saat əvvəl için.

C vitamini anbarı olan limon burun-boğaz yolunu təmizləyir və burun dəliklərini açır. Alma və kök burnu təmizləyir, zəncəfil burun-boğaz yolundakı narahatlığı yüngülləşdirir.

Şərhini yaz