Nyu-York aeroportunda otel açılacaq

Nyu-Yorkun Kennedi adına beynəlxalq hava limanında 505 nömrədən ibarət otel açılacaq.

Bina 1962-ci ildə fin mənşəli Amerika memarı Eero Saarinen tərəfindən yaradılıb və uçuşu simvolizə edir. Terminalın otelə çevrilməsi ilə MCR memarlıq şirkəti məşğul olacaq. Memarlar 60-cı illərin estetikasını dizaynda qorumaqla terminalın əvvəlki simasını bərpa etməyi planlaşdırırlar. 2018-ci ilin sonuna iki binadan ibarət mehmanxana kompleksi qonaqları qəbul etməyə başlayacaq. Otel nömrəsinin qiymətinin 250 dollar təşkil edəcəyi güman edilir. Kompleksə hava limanının istənilən terminalından çıxmaq mümkün olacaq.

Keçmiş terminalın mərkəzi hissəsində 8 restoran və 6 bar, eləcə də uçuş zolağını müşahidə etməyə imkan verən meydança açılacaq. Bu əyləncə mərkəzinin xidmətlərindən bir neçə saatlıq təyyarə dəyişən sərnişinlərin istifadə edəcəyi gözlənilir.

Şərhini yaz