Park Bulvar-da Lacoste butikinin açılışı keçirilib

Yeni Lacoste mağazasında rahatlıq və stil həvəsəkarları üçün kişi və qadın kolleksiyaları təqdim edilir. Brendin Lacoste və gənclər üçün Lacoste L!VE kolleksiyası brendin pərəstişkarlarını sevindirəcək.

Açılış günü Dreamland Golf Club-la birlikdə bayram furşeti və qolf oyunu təşkil edilib. Qolf üzrə peşəkar instruktorlar Anton Samsonov və Elşən Quliyev qonaqları mürəkkəb oyunda özlərini yoxlamağa ilhamlandırıblar və ən aktiv iştirakçıları seçiblər. Qonaqlar tədbirin tərəfdaşı Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsindən hədiyyələr əldə ediblər. Təntənəli açılışda daimi müştərilər, mətbuat nümayəndələri, fashion-bloqerlər və başqaları iştirak ediblər. Orient Xpres qrupundan ritmik musiqi xüsusi əhval-ruhiyyə yaradıb.

Bu gün Lacoste şirkəti adi ayaqqabı və geyim brendi çərçivələrindən çox kənara çıxan bütöv dünyadır. Keyfiyyət və stilin bütün pərəstişkarlarına marka idman təchizatı, geyim və ayaqqabıların zəngin müxtəlifliyini təklif edir. Təkliflərin müxtəlifliyinə baxmayaraq, Lacoste-nin fərqləndirici nişanı artıq zamanın və moda tendensiyalarının zövqündə olan klassikaya çevrilmiş alliqatorlu məşhur polo qalır. Onu Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən Yeni Lacoste butikindən əlavə rənglərdə əldə etmək olar.

Qeyd edək ki, Lacoste MyBrands mağazalar şəbəkəsinə daxildir.

Şərhini yaz