Ronaldo 2016-cı ilin ən yaxşı futbolçusu seçilib

"Real Madrid" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo FİFA versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.

Mükafatlandırma mərasimi yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçirilib. Tədbirdə 7 mükafatın sahibi bəlli olub. "FİFA Fan mükafatı"nın qalibi "Borussiya" (Dortmund) və "Liverpul" azarkeşləri elan olunublar. "İlin ən yaxşı qadın məşqçisi" adını isə Silviya Neyd (Almaniya) qazanıb.

"FİFA ən yaxşı kişi məşqçisi" nominasiyasında qalib Klaudio Ranyeri ("Lester") olub. O, ötən mövsüm İngiltərədə çempionluq qazanmışdı. "FİFA Puşkaş mükafatı" 2016-cı ilin ən gözəl qolunun müəllifinə - Mohd Faiz Subriyə ("Penanq") təqdim olunub. "FİFA ən yaxşı qadın futbolçusu" mükafatını isə Çarli Lloyd (ABŞ, "Hyuston") qazanıb.

"FİFA Feyr-Pley mükafatı"nın sahibi də məlum olub. Builki qalib Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.