Smartfonun dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb. Yeni qurğunun ekranı 5.5 düym, "Full HD", prosessoru "Qualcomm Snapdragon 430", əməli yaddaşı 4 giqabayt, daimi yaddaş isə 64 giqabaytdır. Smartfon yalnız bir düymə ilə açılır. Qurğu keyfiyyətli musiqi dinləmək istəyən alıcıların ürəyincə olacaq. Belə ki, smartfon TFA9891 stereodinamikləri ilə təchiz edilib və Dolby Atmos səslənməsinə malikdir.

Qeyd olunur ki, smartfon hələ ki, yalnız Çində satılacaq. Onun qiyməti isə 245 dollar təşkil edir.