Alkoqol stajı

Bu dəfə biz sizə içkidən sonra yaranan halların (paxmel) yaşa görə dəyişməsindən danışacağıq. Bəli paxmel yaşa görə dəyişir.

20+ yaşlarda olanlar üçün :

Bu yaşlarda sizin qaraciyər çox yaxşı işləyir və buna görə spirtli içkini orqanizm çox yaxşı qəbul edir. Elə buna görə də bu yaşlarda siz səhər saat 5-ə qədər içə bilirsiniz və 2 saat yatıb durduqdan sonra digər işlərinizin ardınca gedə bilirsiniz.

30+ yaşlarda olanlar üçün:

Bu yaşlarda sizin qaraciyər və digər orqanlarınız artıq cavan yaşlardakı kimi deyil. Amma sizə elə gəlir ki, siz cavan yaşlardakı kimi gümrahsınız. Elə buna görə də bu yaşlarda sizi ən qorxulu paxmellər qarşılayır.

40+ yaşlarda olanlar üçün:

Bu yaşda olan bəylər artıq daha ağıllı düşünməyə başlayır. Və onlar içkini azaltmağa başlayırlar. Arada sərhədi keçmələr qəbul olunandı. Amma əlbətdə ki, nadir hallarda.

50+ yaşlarda olanlar üçün:

Bu yaşda olan bəylərimiz artıq içkidən uzaq olsalar daha yaxşı olardı. Çünki orqanizm bunu qəbul edə bilmir. Arada axşam yeməyindən sonra çaxır və ya konyak içmək olar. Amma bir qədəhdən çox olmaz. Bu yaşda siz artıq 20 yaşı olacaq övladlarınıza örnək olmalısınız.

Şərhini yaz