Casual Friday

İş həftəsinin sonunda biz sizə Casual Friday haqqında danışacağıq. Əslində “Casual Friday” nədir və bu sərbəst geyim tərzinə uyğun necə geyinmək olar?

Əslində Casual Friday sözü hardan irəli gəlib? İlk olaraq ondan danışaq. İlk dəfə  bu termin Avropada işlədilib. Bunun üçün cümə günləri işə bir az sərbəst köynək geyinib gəlinməsi icazə verilmişdir. Buna səbəb isə iş yerində həftəsonunu işçilərin daha rahat keçirməsi üçün idi. Amma bu o demək deyildi ki, iş yerinə istədiyinizi geyinib gələ bilərsiniz. Daha sonradan isə yəni 90-cı illərdə bu ABŞ-da da dəb halını aldı. İndi isə “Casual Friday” bütün dünyada dəbdədir.

Casual Friday dedikdə geyinəcəyiniz pencəyə mütləq diqqət yetirin. Həmin pencək heç bir zaman tam klassik olmamalıdır. Eyni zamanda geyinəcəyiniz köynək də tam klassik obraz yaratmamalıdır. Eyni zamanda bu obraza qalstuk seçmək lazım olarsa o zaman çalışın toxunma qalstuklardan seçəsiniz. Çünki bu forma bütün pencəklərə (klassik olmayan) uyğun olacaq. Eyni zamanda klassik üslubdan tam uzaqlaşmış olmayacaqsınız.

Şalvar seçiminə gəldikdə isə bu baxımdan sərbəstsiniz. Lakin bu obrazı tam tamamlayan tünd rəngli cins şalvarlar olacaq. Sonda ayaqqabı seçiminə gələk. Heç bir zaman üstü parlaq və boyalı parıltılı ayaqqabı geyinməyin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.